RU

Ansu Fati "Barselona" ilə müqaviləsini uzadacaq, daha sonra icarəyə göndəriləcək

"Barselona"nın hücumçusu Ansu Fati klubla müqaviləsini 2028-ci ilə qədər uzadacaq.

90deqiqe.Az-ın "Cadena SER"ə istinadən məlumatına görə, bu addım maliyyə baxımından Kataloniya klubuna üstünlük verdiyi üçün atılıb. Müqavilə uzadıldıqdan sonra futbolçunun Fransanın "Monako" klubuna icarəyə verilməsi planlaşdırılır.

İcarə müqaviləsinə futbolçunun 11 milyon avroya transfer hüququnun alınması üçün seçim də daxil ediləcək.

Kataloniya təmsilçisi, eyni zamanda, 22 yaşlı futbolçu üçün geri alma maddəsi də əlavə etməyi planlaşdırır. Geri transfer üçün ilkin məbləğ 28 milyon avro olaraq göstərilsə də, bu rəqəm danışıqlar prosesində dəyişə bilər.

Ansu Fatinin "Monako" klubunda tibbi müayinədən keçməsi iyunun 28-nə planlaşdırılır.

Избранный
58
14
90deqiqe.az

10Источники