“Barselona”nın futbolçu Ansu Fati karyerasını Fransada davam etdirəcək.
QOL.az insayder Fabritso Romanoya istinadən xəbər verir ki, “Monako” Ansu Fatinin icarəsi ilə bağlı Kataloniya klubu iə razılığa gəlib.
Bu həftənin sonunda 22 yaşlı hücumçu yeni klubundda tibbi müayinədən keçəcək. İspaniyalı futbolçu "Monako"da icarə əsasında çıxış edəcək. Fransa klubu onun maaşının bir hissəsini ödyəcək.
Qeyd edək ki, Fati 2024/25 mövsümündə La Liqada cəmi 6 oyunda iştirak edib.