“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun cinah oyunçusu Ansu Fatinin yaxın vaxtlarda “Monako”ya keçəcəyini təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romano funksionerin fikirlərini belə çatdırıb:
"Bu həftə hər şey yaxşı olarsa, çox yaxşı xəbərimiz ola bilər: Ansu Fati Monakoya köçəcək".
İyunun 25-də müqaviləni bağlamazdan əvvəl Fatinin tibbi müayinədən keçəcəyi bildirilirdi.Futbolçunun klubdan ayrılmazdan əvvəl “Barselona” ilə müqaviləsini uzaddığı, icarəyə satın alma opsiyasının da daxil olduğu bildirilir.
22 yaşlı futbolçu "Barselona"nın gənclər məhsuludur. 22 yaşlı vinger 2023/2024 mövsümünü icarə əsasında "Brayton"da keçirib. Ötən mövsüm Fati "Barselona"nın heyətində bütün turnirlərdə qol vurmadan 11 oyuna çıxıb.