RU

Tramp: "Narazıyam, görək, İsraili sakitləşdirə bilirəmmi"

ABŞ Prezidenti Donald Tramp həm İsrailin, həm də İranın bu yaxınlarda elan etdiyi atəşkəsi pozduğunu bildirib.

Ölkə.Az xarici kİV-ə istinadla xəbər verir ki, bu barədə NATO Sammiti üçün Ağ Evdən ayrılmadan dərhal əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Hər iki tərəfdən məmnun deyiləm”,- deyə o söyləyib.

Qeyd edək ki, İran atəşkəs başlayandan sonra İsrailə ballistik raket atıb. Bundan sonra İsrail Tehranın ürəyinə güclü zərbə endirəcəyini bildirmişdi.

Tramp İsrailin razılaşmanı qəbul etdikdən dərhal sonra “bomba atdığını” deyib:

"Onlar bunu etməli deyildi. İndi İsrail heç yerə düşməyən raketə görə İrana hücum edəcək. Mən indi İsraili sakitləşdirməliyəm. Baxaq, görək bunu dayandıra biləcəyəmmi?”

Tramp bəyan edib ki, İsrail ballistik raket hücumuna cavab olaraq Tehranı vurmaq üçün göndərdiyi təyyarələri geri qaytarmalıdır.

“İsrail, o bombaları atmayın. Əgər atsanız, bu, böyük pozuntu olaacaq. Pilotlarınızı indi evinizə gətirin! Donald J. Tramp, Amerika Birləşmiş Ştatlarının prezidenti".


 

Избранный
48
34
olke.az

10Источники