RU

Trampın ətrafı çaş baş qalıb

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Ağ Evin yüksək rütbəli rəsmisinə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb. “Amerika liderinin bəyanatı “hətta administrasiyasının ən yüksək vəzifəli bəzi üzvlərini də mat-məəttəl qoyub”, - xəbərdə deyilir. Onun sözlərinə görə, razılaşmaların əldə olunmasında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin də müəyyən rolu olub. Amerika tərəfindən sövdələşməyə vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və ABŞ prezidentinin İranla “birbaşa və dolayı” əlaqə kanalları ilə işləyən xüsusi nümayəndəsi Stiv Vitkoff kömək ediblər. - İsrail İrandan hücumların dayandırılması şərti ilə atəşkəsə razılaşıb”, - Ağ Evin yüksək vəifəli məmuru bildirib. Lakin o, Tehranın hansı şərtlərlə buna razılaşa biləcəyini açıqlamayıb.

Tramp: “Atəşkəsi pozmayın”

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İsrail və İran onun elanından təxminən altı saat sonra (Bakı vaxtı ilə saat 08:00) atəşkəs sazişinin icrasına başlamaq üçün tam razılaşıblar. Amerika liderinin sözlərinə görə, əvvəlcə Tehran atəşi dayandıracaq, yəhudi dövləti bunu 12 saat sonra edəcək və “24-cü saatda dünya 12 günlük müharibənin bitdiyini görəcək”. Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə, ABŞ-nin Hərbi Hava qüvvələri (HHQ) İranın üç nüvə obyektinə güclü zərbələr endirdi. Buna cavab olaraq, iyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki “Əl Udeyd” aviabazasına raket zərbəsi endirib. Vaşinqton bu zərbə nəticəində itki olmadığını və aviabazaya ciddi ziyan dəymədiyini bildirib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
15
azvision.az

10Источники