“Amerika liderinin bəyanatı “hətta administrasiyasının ən yüksək vəzifəli bəzi üzvlərini də mat-məəttəl qoyub”,- xəbərdə deyilir.
Onun sözlərinə görə, razılaşmaların əldə olunmasında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin də müəyyən rolu olub. Amerika tərəfindən sövdələşməyə vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və ABŞ prezidentinin İranla “birbaşa və dolayı” əlaqə kanalları ilə işləyən xüsusi nümayəndəsi Stiv Vitkoff kömək ediblər.
- İsrail İrandan hücumların dayandırılması şərti ilə atəşkəsə razılaşıb”, - Ağ Evin yüksək vəifəli məmuru bildirib.
Lakin o, Tehranın hansı şərtlərlə buna razılaşa biləcəyini açıqlamayıb.
![]() |
Tramp:“Atəşkəsi pozmayın” |
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə, ABŞ-nin Hərbi Hava qüvvələri (HHQ) İranın üç nüvə obyektinə güclü zərbələr endirdi.
Buna cavab olaraq, iyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki “Əl Udeyd” aviabazasına raket zərbəsi endirib. Vaşinqton bu zərbə nəticəində itki olmadığını və aviabazaya ciddi ziyan dəymədiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az