RU

“Atletik” azarkeşlərindən Niko Uilyamsa etiraz

Bilbao “Atletik”inin 22 yaşlı ispaniyalı sol cinah hücumçusu Niko Uilyams bask klubunun azarkeşlərinin xoşagəlməz münasibəti ilə üzləşib.

Arena.az məlumat verir ki, “şirlər”in azarkeşləri Barakaldo şəhərindəki muraldan Niko Uilyamsın təsvirini siliblər.

Nikonun təsviri mural üzərində qardaşı və həmklubu, 31 yaşlı ispaniyalı sağ cinah hücumçusu İnyaki Uilyamsla yer almışdı. Hadisə dünən, iyunun 22-də səhər tezdən baş verib.

Mural üzərində Nikonun üzü təsvir edilmiş yerdə azarkeşlər “Sən getsən də, qalsan da, onsuz da bizim hörmətimizi itirəcəksən” yazıblar.

Xatrıladaq ki, daha əvvəl mətbuatda, Kataloniya nəhəngi “Barselona”nın Uilyams müqabilində 58-62 milyon avro məbləğ civarında sərbəstqalma haqqı ödəyəcəyi ilə bağlı məlumat yayılıb. Hazırda “Atletik” bütün məbləğin birbaşa ödənilməsini tələb edir, “Barselona” isə ödənişi hissə-hissə gerçəkləşdirmək niyyətindədir.
Vurğulanır ki, Uilyamsın özü “blauqrana”ya qoşulmaq üçün əldən-ayaqdan gedir.

Bu mənzərədə Almaniya nəhəngi “Bayern” də Uilyamsya görə “Atletik”ə məbləği açıqlanmayan təklif ünvanlayıb və həmçinin ispaniyalı futbolçuya illik 12 milyon avro məbləğində müqavilə təklif edib. Uilyamısn “Barselona”dan cavab gözlədiyi üçün “Bayern”lə əlaqəyə çıxmadığı bildirilir.

Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının məzunudur. Hücumçu 2021-ci ilin iyul ayından əsas komandada çıxış edir. Uilyamsın Bilbao klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Niko Uilyams “şirlər” üçün 45 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 167 oyun, 31 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 28 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.

“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Избранный
72
26
arena.az

10Источники