Bilbaonun "Atletik" klubu komandanın futbolçusu Niko Uilyamsla bağlı rəsmi bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, bəyanatda 22 yaşlı vingerin "Barselona" keçidinin qeyri-mümkün olduğu bildirilir.
"Atletik" rəsmiləri qarşı tərəfin fair-play qaydalarını pozmasını nəzərə çatdıraraq Uilyamsla müqavilə bağlamaq istəyinə narazılıqlarını göstəriblər.
Bəyanatda ən əsas 3 məqam diqqət çəkir:
- Niko 2027-ci ilədək "Atletik"ə məxsusdur
- Hər hansısa danışıqlar "Atletik" rəhbərliyinin icazəsi olmadan yolverilməzdir
- "Barselona" reqlamenti pozur, La Liqa rəhbərliyi buna nəzarət etməlidir
Qeyd edək ki, Niko Uliyams karyerasını "Barselona"da davam etdirməyi çox arzulayır. Hətta futbolçunun bütün şəxsi əşyalarını "Atletik"in bazasından götürdüyü və razılaşmanın rəsmiləşəcəyi günü gözlədiyi bildirilir.