AZ

Atletik hücumçunun Barselona ya transferinə mane ola bilər

ain.az bildirir, Sportal.az portalına istinadən.

"Atletik" Niko Uilyamsın "Barselona"ya keçidinə mane ola bilər. Daha öncə qeyd etdiyimiz kimi, katalon klubu 22 yaşlı vinger üçün 62 milyon avro məbləğində təzminatı 1 və ya 2 iyulda ödəməyi planlaşdırır ki, bu da xərclərin növbəti maliyyə ilinə düşməsinə imkan verəcək.

Sportal.az xəbər verir ki, "Cadena SER"in məlumatına görə, hazırda İspaniya qadın futbol liqası ilə bağlı məsələlər üçün Madridə səfər etmiş "Atletik"in prezidenti Yon Uriarte və baş direktoru Yon Berasateqi La Liqa və İspaniya Futbol Federasiyasına (RFEF) müraciət edərək "Barselona"nın bütün maliyyə əməliyyatlarının auditdən keçirilməsini tələb edəcəklər.

Bilbao klubu hesab edir ki, "Barselona" hələ də La Liqanın maliyyə qaydalarına əməl etməkdə çətinlik çəkir. "Atletik" tələb edir ki, katalon klubu “1-ə 1” qaydasına qayıtmayana qədər Uilyamsla müqavilə imzalaya bilməz.

Məlumatda bildirilir ki, "Atletik" bu məsələ ilə bağlı "Barselona" ilə birbaşa qarşıdurmaya hazırdır. Uilyams artıq agenti vasitəsilə "Barselona"ya keçmək istədiyini çatdırıb, lakin ötən il müqaviləni uzadarkən "Atletik" ona asan ayrılıq şərtləri vəd etməyib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
8
sportal.az

10Mənbələr