RU

Tramp İrana hücumun detallarını AÇIQLADI VİDEO

Bakupost saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o bildirib ki, ABŞ-ın əsas məqsədi İranın uranın zənginləşdirilməsi imkanlarını sıradan çıxarmaq və nüvə təhdidinə son qoymaqdır.

Tramp hücumların hərbi baxımdan uğurlu olduğunu qeyd edib və İrana dərhal sülh bağlamağın vacibliyini vurğulayıb. Əks halda, daha dağıdıcı zərbələrin endiriləcəyini xəbər verib.

Prezident həmçinin bildirib ki, bu vəziyyət belə davam edə bilməz və ya sülh olacaq, ya da İran üçün fəlakət qaçılmazdır. Hazırda hələ çox hədəflərin olduğunu və bu gecənin ən çətin gecə olduğunu qeyd edən Tramp, əgər sülh əldə olunmazsa, ABŞ-ın digər obyektlərə də zərbələr endirəcəyini vurğulayıb.

O, İranı “Yaxın Şərqin zorbası” adlandıraraq, dərhal sülh bağlamağa çağırıb və nitqini “Allah İsraili qorusun, Allah Amerikanı qorusun” sözləri ilə yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
50
www.bakupost.az

10Источники