Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bu gün hakim qarşısına çıxarılıb.
Mia.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə icra başçısı barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qaxda əməliyyat keçirib.
Mia.az Report-a istinadla xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
***
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.
MİA.AZ