AZ

İCRA BAŞÇISI və ƏTRAFI SAXLANILDI - DTX-dən sensasion əməliyyat (YENİLƏNİB)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bu gün hakim qarşısına çıxarılıb.

Mia.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə icra başçısı barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qaxda əməliyyat keçirib.

Mia.az Report-a istinadla xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

***

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.

Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

MİA.AZ

Seçilən
3
3
mia.az

10Mənbələr