RU

Ölkə üzrə xeyli silah təhvil götürülüb

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İyunun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 tüfəng, 1 patron darağı və 128 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bakı şəhərində silah-sursat aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Nizami və Səbail rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 tüfəng, 2 qumbara, 1 patron darağı və 71 patron tapılaraq götürülüb.

Sabunçu rayonunda isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 qumbara və 55 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
21
xalqqazeti.az

10Источники