AZ

Bakı şəhərində silah sursat aşkarlandı

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Nizami və Səbail rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 tüfəng, 2 qumbara, 1 patron darağı və 71 patron tapılaraq götürülüb.

Sabunçu rayonunda isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 qumbara və 55 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
6
azxeber.com

10Mənbələr