AZ

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Nizami və Səbail rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 tüfəng, 2 qumbara, 1 patron darağı və 71 patron tapılaraq götürülüb.

Sabunçu rayonunda isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 qumbara və 55 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

Seçilən
5
21
ucnoqta.az

10Mənbələr