Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsindəpaytaxtın Nizami və Səbail rayonlarında 1 avtomat silahı, 1tapança, 1 tüfəng, 2 qumbara, 1 patron darağı və 71 patrontapılaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuatxidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunda isə bir nəfər tapdığı 1 avtomatsilahı, 1 qumbara və 55 patronu könüllü olaraq polisə təhvilverib.
Araşdırmalar aparılır.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılanodlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvilverilməsi istiqamətində tədbirlər davam etdirilir.