RU

Münaqişə davam edərsə, İran nüvə silahına əl ata bilər


Amerika kəşfiyyatı həyəcan təbili çalır: “ABŞ-ın Fordo nüvə obyektinə zərbə endirməsi və ya İsrailin Xamneyini məhv etməsi də daxil olmaqla, hərbi təzyiqləri artıracağı təqdirdə İran nüvə silahı istehsal etməyə başlaya bilər. Belə ki,İran 60%-ə qədər zənginləşdirilmiş 400 kq-dan çox uran toplayıb ki, bu da silah səviyyəsindən (90%) cəmi bir addım uzaqdır”. MAQATE ekspertləri qeyd edirlər ki, Tehran hərbi proqrama keçməyə qərar verərsə, bu, bir neçə həftə ərzində bir neçə nüvə yükü istehsal etmək üçün kifayətdir. Bununla belə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın 2025-ci ilin martında vurğuladığı kimi, İran 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etməyib və Ali Rəhbər Xamenei onun yenidən başlanmasına icazə verməyib. İranın nüvə proqramı ilə bağlı gərginlik iyunun 13-də İsrailin hücumları başlayandan sonra artıb.
Belə ki, İsrail Tehranın nüvə inkişafını ləngitmək məqsədilə Natanz və İsfahandakı obyektləri hədəfə alıb. Bununla belə, yerin dərinliklərində yerləşən Fordo zavodu İsrail bombalarının əli çatmayan yerdə qalır. Bu qurğu ayda 20%-ə qədər zənginləşdirilmiş 43 kquran istehsal etməyə qadirdir ki, bu da onu proqramın əsas hissəsinə çevirir. ABŞ kəşfiyyatı bildirir ki, Fordoya zərbə endirilməsi və ya Xamneyinin öldürülməsi İran üçün "tətik" ola bilər. CNN analitiklərdən birinin dediyi kimi: "Tehran sağ qalmasının risk altında olduğunu hiss etsə, NPT üzrə öhdəliklərini tərk edib nüvə silahları hazırlamağa başlaya bilər".

Surxay Əliyev

Избранный
70
50
baki-xeber.com

10Источники