RU

"YouTube Shorts"a pul qazanmağı asanlaşdıran yenilik gəldi

"Google" şirkəti "YouTube Shorts" platformasına gəlir əldə etmə imkanlarını artıran yeni bir xüsusiyyət əlavə edib.

Valyuta.az xəbər verir ki, bu yenilik videolarda istifadə olunan məhsullara kliklə birbaşa alış imkanı verən interaktiv çıxartmalar şəklində təqdim olunub.

Yeni funksiya "Instagram Reels" platformasında yer alan məhsul stikerlərinə bənzəyir. İndi "YouTube Shorts" yaradıcıları videolarında istifadə etdikləri məhsulları stiker kimi yerləşdirə biləcək və izləyicilər həmin məhsulları birbaşa link vasitəsilə əldə edə biləcəklər. Bu da yaradıcıların reklam gəlirlərini artırmaq üçün əhəmiyyətli imkan yaradır.

Sözügedən stikerlərin ölçüsü və yerləşmə yeri tamamilə yaradıcı tərəfindən idarə edilə bilər. Hətta bir videoda bir neçə məhsul üçün stiker yerləşdirilə bilər və əlavə məhsullar siyahı şəklində təqdim olunur.

Qeyd edək ki, əvvəllər də yaradıcılar "Shorts" videolarına alış-veriş linkləri əlavə edə bilirdilər. Lakin Google son aylarda keçirdiyi testlər zamanı müəyyən edib ki, istifadəçilər məhsul stikerlərinə 40% daha çox klik edirlər. Bu səbəbdən, şirkət alış-veriş linklərini mərhələli şəkildə interaktiv etiketlərlə əvəzləməyə başlayıb.

Yeni xüsusiyyət həm yaradıcılar, həm də platforma üçün əlavə gəlir mənbəyi yaradacağı üçün geniş istifadə olunacağı gözlənilir.

Sərvanə Rəmixanova

Избранный
68
16
valyuta.az

10Источники