AZ

“Gmail” bildirişləri indi daha funksional olacaq “Android” üçün yenilik

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Google", "Android" istifadəçilərinin "Gmail" təcrübəsini yaxşılaşdıracaq faydalı bir yenilik üzərində işləyir.

Milli.Az xəbər verir ki, artıq "Gmail" bildirişlərinə "Oxunmuş kimi işarələ" düyməsi əlavə olunur.

İndiyədək "Android"də yalnız "Sil" və "Cavab ver" seçimləri mövcud idi. Yeni funksiya sayəsində istifadəçilər gələn bildirişləri birbaşa oxunmuş kimi qeyd edə biləcəklər, bunun üçün tətbiqi açmağa ehtiyac qalmayacaq.

Yeni funksiya hələ bütün istifadəçilər üçün aktiv deyil. Görünür, "Google" bu xüsusiyyəti məhdud sayda istifadəçi üzərində sınaqdan keçirir.

Qeyd edək ki, bu funksiya artıq uzun müddətdir "iOS" platformasında mövcuddur.

İlqar Şabanov

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
17
news.milli.az

10Mənbələr