RU

İranın xarici işlər nazirinə sui-qəsd cəhdi OLDU

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı İsrailin sui-qəsd cəhdinin qarşısını alıblar.

News365.az xəbər verir ki, bu barədə nazir müşaviri Məhəmməd-Hüseyn Rəncbəran sosial şəbəkə hesabında məlumat yayıb.

O vurğulayıb ki, Əraqçinin Britaniya, Fransa və Almaniya ilə danışıqlar üçün Cenevrəyə səfəri ərəfəsində İsrailin nazirə sui-qəsd cəhd etməməsi ilə bağlı bir sıra çağırışlar edilib.

Rəncbəran əlavə edib ki, naməlum İran əsgərlərinin təhlükəsizlik tədbirləri olmasaydı, “böyük İsrail sui-qəsdi” həyata keçirilə bilərdi.

Избранный
14
2
news365.az

10Источники