İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı İsrailin sui-qəsd cəhdinin qarşısını alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə nazir müşaviri Məhəmməd-Hüseyn Rəncbəran sosial şəbəkə hesabında məlumat yayıb.
O vurğulayıb ki, Əraqçinin Britaniya, Fransa və Almaniya ilə danışıqlar üçün Cenevrəyə səfəri ərəfəsində İsrailin nazirə sui-qəsd cəhd etməməsi ilə bağlı bir sıra çağırışlar edilib.
Rəncbəran əlavə edib ki, naməlum İran əsgərlərinin təhlükəsizlik tədbirləri olmasaydı, “böyük İsrail sui-qəsdi” həyata keçirilə bilərdi.
Bizim.Media