RU

Fransa Azərbaycanla bu stadionda oynayacaq

UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan matçının məkanını təsdiqləyib.

Milli.Az xəbər verir ki, qarşılaşma PSJ-nin ev oyunlarını keçirdiyi Parisdəki "Park de Prens" stadionunda baş tutacaq. Arena 48 minə yaxın tamaşaçı tutumuna malikdir.

Fransa - Azərbaycan oyunu oktyabrın 10-u Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.

Milli.Az

Избранный
27
6
milli.az

10Источники