UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa – Azərbaycan matçının məkanını təsdiqləyib.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma PSJ-nin ev oyunlarını keçirdiyi Parisdəki “Park de Prens” stadionunda baş tutacaq. Arena 48 minə yaxın tamaşaçı tutumuna malikdir.
Fransa – Azərbaycan oyunu oktyabrın 10-u, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.