"Barselona"nın prezidenti Joan Laporta klubun transfer gündəmi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 

"Oyunçuları normal şəkildə transfer edə bilirik. Tezliklə daha bir futbolçu ilə müqavilə imzalamaq üzrəyik və başqa bir transfer üzərində işləyirik".

O, daha əvvəl maliyyə problemlərinə görə futbolçuları La Liqada qeydiyyatdan keçirə bilməmələrinə münasibət bildirib:

"Hazırda La Liqa ilə yaxşı münasibətimiz var, inanıram ki, tezliklə yeni transferləri elan edə biləcəyik".