"Barselona"nın prezidenti Xuan Laporta "Real" ilə bağlı sərt açıqlama verib.
Publika.az xəbər verir ki, o, iki klubun transfer strategiyalarındakı fərqləri vurğulayıb:
"Real"ın güc hissi var, bizim isə azadlıq. Onlar futbolçularla müqavilə imzalamağa üstünlük verirlər, biz isə daha çox La Masiya yetirmələrinə güvənirik".
Xatırladaq ki, 2024/25 mövsümündə "Barselona" La Liqanın çempionu olub, həmçinin ölkə kuboku və superkubokunu qazanıb. "Real" isə mövsümü ikinci pillədə başa vurub.