RU

Rusiya bu ərazilərə nəzarəti ələ keçirdi

Rusiya Ukraynanın Sumi və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Şimal və Qərb hərbi qruplarının bölmələri Sumı vilayətinin Novonikolayevka və Xarkov vilayətinin Dolqenkoye yaşayış məntəqələrini nəzarətə götürüb", - məlumatda deyilir.

Həmçinin son 24 saat ərzində 236 Ukrayna pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu da açıqlanıb.

Избранный
103
50
operativmm.az

10Источники