AZ

Arestoviç Ukrayna xalqına çağırış edib | VİDEO

AzVision.az xəbər verir ki, Ukrayna prezidentinin ofisi rəhbərininkeçmiş müşaviri Leksey Arestoviç belə çağırışla soydaşlarına müraciət edib.

“Tezliklə tələbələrin və qadınların məcburi səfərbər edilməsi məsələsi ortaya çıxacaq. Bu vəziyyətdə adi bir insan nə edə bilər? O, sistemi dəstəkləmir. Onun adamyeyən əməllərində iştirak etmir”, - Arestoviç öz Telegram-kanalında bildirib.

Aretoviç: “Ukrayna siyasi mövcudluğunu itirə bilər”I VIDEO
Onun fikrincə, sözlə mübarizə aparmaq və ya ən azı daxilən sistemlə razılaşmamaq olar. Arestoviç düşünür ki,“səfərbərlikdən azadolma tədricən ləğv edilməyəcək və mikroavtobusların sayı isə azalmayacaq”.

Xatırladaq ki, 10 gün əvvəl Kiyevin Rusiya ilə müharibədə qalib gələ bilməyəcəyini vurğulayan Aleksey Arestoviç Ukraynanın bir dövlət kimi mövcudluğunu şübhə altına alıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
50
azvision.az

10Mənbələr