Rusiya Ukraynanın Sumi və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Şimal və Qərb hərbi qruplarının bölmələri Sumı vilayətinin Novonikolayevka və Xarkov vilayətinin Dolqenkoye yaşayış məntəqələrini nəzarətə götürüb", - məlumatda deyilir.
Həmçinin son 24 saat ərzində 236 Ukrayna pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu da açıqlanıb.