Bakı. Trend:
UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Trend xəbərverir ki, püşkatma mərasimində Azərbaycan təmsilçisi "Sabah"ın dapotensial rəqibi müəyyənləşib.
Bakı klubu Sloveniyanın "Tselye" komandasını mübarizədənkənarlaşdırsa, II raundda AEK (Larnaka, Kipr)- "Partizan" (Serbiya)cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyunuevdə keçirəcək.
Qeyd edək ki, “Sabah” “Tselye" ilə ilk matçına iyulun 10-daevdə, cavab qarşılaşmasına bir həftə sonra səfərdə çıxacaq. IIraundun görüşləri isə iyulun 24-ü və 31-də keçiriləcək.