AZ

“Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
 
Moderator.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək püşkatma mərasimində Azərbaycan təmsilçisi "Sabah"ın da potensial rəqibi müəyyənləşəcək.
 
Səpələnməməmişlər səbətində yer alan Bakı klubunun mümkün rəqibləri aşağıdakılardır:
 
"Braqa" (Portuqaliya)
 
"Legiya" (Polşa) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi
 
AEK (Larnaka, Kipr)- "Partizan" (Serbiya) cütünün qalibi
 
"Luqano" (İsveçrə)
 
"Sabah" I təsnifat mərhələsində Sloveniyanın "Tselye" klubunu mübarizədən kənarlaşdırsa, bu komandalardan biri ilə qarşılaşacaq.
 
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi "Tselye" ilə ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına bir həftə sonra səfərdə çıxacaq. II raundun görüşləri isə iyulun 24-ü və 31-də keçiriləcək.
Seçilən
13
2
moderator.az

5Mənbələr