RU

Plastik cərrahların siyahısında adı olmayan, ölüm faktı ilə gündəmə gələn həkim saxlanılıb?

BAKI, 18 iyun. TELEQRAF

Həkim Nigar Məmmədovanın saxlanılması xəbərləri həqiqəti əks etdirmir.

Bunu “Mərcan” klinikasının reklam meneceri aktyor Kamran Ağabalayev Teleqraf-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstənin ölüm səbəbi trombemboliya olub.

“Hazırda araşdırmalar gedir. Həkim saxlanılmayıb”, - o bildirib.

Mövzu ilə bağlı günlərdir Baş Prokurorluğa sorğu ünvanlasaq da, sorğumuz və zənglərimiz cavablandırılmayıb.

Əməliyyat zamanı ölən xəstənin yaxınları isə mediaya açıqlamalarında həkimin saxlanıldığını deyiblər.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, əməliyyatı icra etmiş həkim Nigar Məmmədovanın adı plastik cərrahların siyahısında yoxdur.

Избранный
13
1
teleqraf.com

2Источники