Həkim Nigar Məmmədovanın saxlanılması xəbərləri həqiqəti əks etdirmir.
Publika.az xəbər verir ki, bunu “Mərcan” klinikasının reklam meneceri aktyor Kamran Ağabalayev Teleqraf-a açıqlamasında deyib.
Onun sözlərinə görə, xəstənin ölüm səbəbi trombemboliya olub.
“Hazırda araşdırmalar gedir. Həkim saxlanılmayıb”, - o bildirib.
Mövzu ilə bağlı günlərdir Baş Prokurorluğa sorğu ünvanlasaq da, sorğumuz və zənglərimiz cavablandırılmayıb.