RU

Sabah Sele cütünün məğlubunun mümkün rəqibləri

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşka atılacaq.

QOL.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq komandaların da Konfrans Liqasındakı rəqibləri müəyənləşəcək.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sabah"ın 1-ci təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə qarşılaşacaq. Bu cütün məğlubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində aşağıdakı komandalardan birinə rəqib olacaq.

"Sabah" - "Sele" (Sloveniya) cütünün məğlubunun mümkün rəqibləri:

"Rapid" (Avstriya)

"Yagelloniya" (Polşa)

"Birkirkara" (Malta)

"Universitata" (Rumıniya)

"Atletik Eskaldes" (Andorra) - "Düdelanj" (Lüksemburq)  cütünün qalibi

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
2
qol.az

8Источники