Bu gün UEFA Avropa Liqasında və Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
QOL.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Azərbaycan kubokunun qalibi olan və Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Sabah"ın da hər iki turnirdəki rəqibi bəlli olacaq.
Paytaxt təmsilçisi “Sele”ni (Sloveniya) keçərsə, 2-ci turda bu komandalardan birinə rəqib olacaq:
“Braqa” (Portuqaliya)
“Luqano” (İsveçrə)
“Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan) cütünün qalibi
AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi
"Sabah" - "Sele" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində aşağıdakı komandalardan birinə rəqib olacaq.
"Rapid" (Avstriya)
"Yagelloniya" (Polşa)
"Birkirkara" (Malta)
"Universitata" (Rumıniya)
"Atletik Eskaldes" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi
Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.