RU

Hücumları dayandırmasaq, İrana yalvaracağıq İsrailli ekspert

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Vəziyyət eyni axarda davam edərsə, atəşkəs üçün İrana yalvarmağa məcbur olacağıq.

Axar.az xəbər verir ki, bu sözləri təhlükəsizlik və hərbi məsələr üzrə israilli ekspert Yosi Melman deyib.

“Qısamüddətli eyforiya keçdi və cümə günü səhər mən özümdən soruşdum: Ümumiyyətlə, bu müharibəyə girmək lazım idimi, xüsusən də iranlılara qarşı?”, - deyə ekspert bildirib.

O, İsrail hakimiyyətinə çağırış edərək hücumları dayandırmağı tövsiyə edib:

"Mənim tövsiyəm itkiləri azaltmaq və ağlabatan razılaşma ilə bu çılğınlığı dayandırmaq üçün Trampa müraciət etməkdir. Əks təqdirdə, atəşkəs üçün yalvaracağımız bir vəziyyətə düşəcəyik və İran bundan imtina edəcək və qəbul etməyəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
5
axar.az

10Источники