RU

Azərbaycan və Şimali Makedoniya arasında bərpaolunan enerji istiqamətləri üzrə tərəfdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasınınsədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbuledib.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcudikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər,parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirəolunub.

Görüşdə ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfərvə təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, buçərçivədə liderlərimiz arasında görüşlər, parlamentlərimiz arasındaartan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə dəXarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrmexanizminin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında digər vacib istiqamətlər ilə yanaşı, ənənəvivə bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafıüçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədəmövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşmaprosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflıməlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanmasıüçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud əraziiddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmişolan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyidiqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
18
15
az.trend.az

10Источники