RU

Elçin Məsiyev Avropa çempionatının matçına təyinat aldı

FİFA referisi Elçin Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

"Football-plus.az" xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Xatırladaq ki, Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.

Избранный
5
30
football-plus.az

10Источники