AZ

Elçin Məsiyev Avropa çempionatının oyununda

FIFA referisi Elçin Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turunda keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

Demokrat.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən "Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Seçilən
3
31
demokrat.az

10Mənbələr