AZ

Həmin oyunu azərbaycanlı hakim idarə edəcək

21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan - Portuqaliya matçını FIFA referisi Elçin Məsiyev idarə edəcək.

"Unikal" xəbər verir ki, E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən "Siqot" stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya - İngiltərə (1:3) görüşünü idarə edib.

Seçilən
4
6
unikal.az

10Mənbələr