RU

Rusiya iki mindən çox hərbçinin meyitini Ukraynaya təhvil verməyə hazırdır

Rusiya Ukraynaya daha 2239 ukraynalı hərbçinin cəsədini təhvil verməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İyunun 2-də İstanbulda əldə edilmiş razılaşmalara əsasən, Rusiya Ukrayna Silahlı Qüvvələrinin 1248 hərbi qulluqçusunun meyitini Ukrayna tərəfinə təhvil verib, 51 rusiyalı hərbçinin cəsədini qaytarıb.

Bununla da 6060 hərbçi cəsədinin Ukraynaya təhvil verilməsi ilə bağlı aksiya başa çatıb.

“Biz hazırkı mərhələdə Ukrayna Silahlı Qüvvələrinin daha 2239 həlak olmuş hərbçisinin cəsədini Ukrayna tərəfinə təhvil verməyə hazırıq”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Избранный
26
24
nocomment.az

10Источники