AZ

Rusiya Ukraynaya 6 mindən çox meyit təhvil verdi

BAKI, 16 iyun. TELEQRAF

Rusiya indiyədək ümumilikdə 6 060 Ukrayna Silahlı Qüvvələri hərbçisinin meyitini Ukrayna tərəfinə təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, əvəzində Ukrayna tərəfi 78 rus hərbçisinin meyitini geri qaytarıb. Medinski qeyd edib ki, əsirlərin mübadiləsi prosesi də davam edir və cəbhə xəttindən ağır yaralıların təcili tibbi təxliyəsi həyata keçirilir.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, hazırda Rusiya tərəfi Ukraynaya daha 2 239 hərbçinin meyitini təhvil verməyə hazırdır.

Seçilən
11
24
teleqraf.com

10Mənbələr