AZ

Rusiya 6000-dən çox hərbçinin cəsədini Ukraynaya qaytardı

Rusiya prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva son bir neçə gündə Ukrayna Silahlı Qüvvələrinin 6060 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib. Beləliklə, Moskva bununla bağlı İstanbul razılaşmalarını yerinə yetirib.


Manset.az xəbər verir ki, Medinskinin açıqlaması Rusiya KİV-də yayılıb.

Prezidentin köməkçisi Kiyevin 78 rus hərbçisinin meyitini Moskvaya təhvil verdiyinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 2239 hərbçisinin cəsədini təhvil verməyə hazırdır.

İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu keçirilib. Görüşdən sonra 6 min hərbçinin cəsədinin Kiyevə təhvil verilməsi və əsirlərin genişmiqyaslı mübadiləsi barədə razılıq əldə olunub. İyunun 14-dən etibarən iki ölkə arasında açıq tipli sanitar mübadilələrə başlanılıb. Kreml danışıqların növbəti raundunun tarixinin hələ təsdiqlənmədiyini bildirib.

Seçilən
9
1
manset.az

10Mənbələr