Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
"Unikal"ın məlumatına görə hadisə şəhərin Sağ sahil adlandırılan hissəsində baş verib. Hələ ki mahiyyəti tam məlum olmayan mübahisə və münaqişə nəticəsində 20 yaşlı Sadiq Babayev və 22 yaşlı Əli Hacıyev Turxan Beybutov adlı şəxs tərəfindən bıçaqlanıb. Münaqişə zamanı T.Beybutov da yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar təcili xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə və qeydə alınan xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı istintaq araşdırmaları aparılır.