AZ

Lənkəranda iki avtomobil toqquşdu - Xəsarət alan var

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu Parakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Xanbulan kənd sakini, 1954-cü il təvəllüdlü Xannəzər Abuzər oğlu Məmmədov idarə etdiyi "VAZ 2106" markalı  minik avtomobili Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Allahverdi Yusif oğlu Şərbətovun idarə etdiyi "Mercedes" markalı  yük avtomobili ilə toqquşub. 

Qəza nəticəsində "VAZ"ın sürücüsü xəsarət alaraq Təcili Tibbi Yardım xidmətinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
5
5
unikal.az

10Mənbələr