EN

Mingəçevirdə iki gənc bıçaqlandı


Mingəçevirdə  bıçaqlanma hadisəsi olub.

"Unikal"ın məlumatına görə hadisə  şəhərin Sağ sahil adlandırılan hissəsində baş verib. Hələ ki mahiyyəti tam məlum olmayan mübahisə və münaqişə nəticəsində 20 yaşlı  Sadiq Babayev və  22 yaşlı Əli Hacıyev Turxan Beybutov adlı şəxs tərəfindən bıçaqlanıb. Münaqişə zamanı T.Beybutov da yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar təcili xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan "Unikal"ın  sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə və qeydə alınan  xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı istintaq araşdırmaları aparılır.

Chosen
14
2
news24.az

10Sources