RU

Britaniya Yaxın Şərqə qoşun göndərir

Böyük Britaniya İranın mümkün zərbələri fonunda İsraili müdafiə edib-etməyəcəyi ilə bağlı suallara cavab verməkdən yayınsa da, Baş nazir Kir Starmer Yaxın Şərqə döyüş təyyarələri və digər hərbi resurslar göndərildiyini təsdiqləyib.
 
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, nazir bölgədə eskalasiyanın qarşısını almağa çağıraraq, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampla telefon danışıqları apardığını bildirib.
 
“Böyük Britaniya üçün düzgün qərarlar verəcəyəm”,- deyə Starmer vurğulayıb və əlavə edib ki, hərbi aktivlərin bölgəyə göndərilməsi ehtiyat tədbiri xarakteri daşıyır.
 
Dauning Stritdən verilən açıqlamada, artıq bölgədə yerləşən hərbi təyyarələrə əlavə olaraq daha çox sürətli qırıcı təyyarə və yanacaq doldurma təyyarələrinin göndəriləcəyi bildirilib. Bu hazırlıqlar İsrailin İranın nüvə proqramına və yüksək rütbəli hərbi rəhbərliyinə qarşı hücumundan sonra, cümə günü səhərdən başlanılıb.
 
Böyük Britaniyanın İranın cavab olaraq göndərə biləcəyi dron və raket hücumlarını dəf etmək üçün İsrailə dəstək verə biləcəyi ehtimalına isə Starmer dəqiq mövqe bildirməyib: “Bunlar əməliyyatla bağlı qərarlardır və vəziyyət dəyişkən olduğu üçün detallara varmayacağam. Amma biz artıq bölgəyə aktivlərimizi, o cümlədən hərbi təyyarələri göndəririk. Bu proses gedir”.
Избранный
18
7
moderator.az

8Источники