Böyük Britaniya İranın mümkün zərbələri fonunda İsraili müdafiə edib-etməyəcəyi ilə bağlı suallara cavab verməkdən yayınsa da, Baş nazir Kir Starmer Yaxın Şərqə döyüş təyyarələri və digər hərbi resurslar göndərildiyini təsdiqləyib.
Publika.az “Reuters”ə istinadla xəbər verir ki, nazir bölgədə eskalasiyanın qarşısını almağa çağıraraq, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampla telefon danışıqları apardığını bildirib.
“Böyük Britaniya üçün düzgün qərarlar verəcəyəm”,- deyə Starmer vurğulayıb və əlavə edib ki, hərbi aktivlərin bölgəyə göndərilməsi ehtiyat tədbiri xarakteri daşıyır.
Dauning Stritdən verilən açıqlamada, artıq bölgədə yerləşən hərbi təyyarələrə əlavə olaraq daha çox sürətli qırıcı təyyarə və yanacaq doldurma təyyarələrinin göndəriləcəyi bildirilib. Bu hazırlıqlar İsrailin İranın nüvə proqramına və yüksək rütbəli hərbi rəhbərliyinə qarşı hücumundan sonra, cümə günü səhərdən başlanılıb.