RU

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var - SİYAHI

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun rayonun ərazində keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan " VAZ 2107" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların adı bəlli olub:

Sürücü 1998-ci il təvəllüdlü R.Dadaşov, sərnişinlər 1988-ci il təvəllüdlü L.Əzimov və 1990-ci il təvəllüdlü T.Allahverdiyevdir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
30
1
apa.az

7Источники