AZ

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun rayonun ərazində keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan " VAZ 2107" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
5
apa.az

7Mənbələr