Yaponiyanın Sapporo şəhərində MMA üzrə “Rizin Landmark 11” beynəlxalq turniri keçirilib .
Operativ Media xəbər verir ki, Azərbaycan idmançısı Vüqar Kərəmov (71 kq) Yaponiya idmançısı Şuya Kimura ilə qarşılaşıb və qalib gəlib.
Qeyd edək ki, Kərəmov bu görüşlə qələbələrinin sayını 7-yə çatdırıb. Şuya Kimura isə peşəkar karyerasında ilk dəfə məğlubiyyətlə üzləşib.